Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonların gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonların gətirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Avqust , 2016 11:10
Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonların gətirilməsinin qarşısı alınıb

Bakı. 27 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 15 ədəd “Samsunq” markalı mobil telefon və mobil telefonlara aid xeyli miqdarda aksesuar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi