Gürcüstandan qanunsuz külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb

Gürcüstandan qanunsuz külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-2108-01 markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Hadisə
16 May , 2019 11:52
Gürcüstandan qanunsuz külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb
customs.gov.az

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2108-01" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisində əvvəlcədən gömrük orqanına bəyan edilməyən 8600 ədəd "King" markalı siqaret, 2 ədəd üzərində "Redmi 7" və 1 ədəd üzərində "Samsung A50" yazılan telefon qutuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi