Gürcüstandan qanunsuz 70 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb

Gürcüstandan qanunsuz 70 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb Bakı. 10 iyul. REPORT.AZ/ Sınıq Körpü gömrük postunda minik avtomobilinin gizli saxlanc yerlərindən 70 ədəd müxtəlif markalı mobil telefonlar və aksesuarları aşkar edilib.
Hadisə
10 İyul , 2018 11:58
Gürcüstandan qanunsuz 70 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ "Sınıq Körpü" gömrük postunda minik avtomobilinin gizli saxlanc yerlərindən 70 ədəd müxtəlif markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindın bildirilib.

“Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Baxış zamanı, avtomobilin gizli saxlanc yerlərindən 70 ədəd müxtəlif markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır”,- məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi