Gürcüstandan qanunsuz 23 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb

Gürcüstandan qanunsuz 23 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb Bakı. 27 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə idarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edib. Bu barədə “Report”a DGK-dan məlumat verib.
Hadisə
27 Aprel , 2018 10:13
Gürcüstandan qanunsuz 23 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb
Customs.gov.az

Bakı. 27 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə idarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edib. Bu barədə “Report”a DGK-dan məlumat verib.

Məlumatda deyilir ki, şöbəyə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi