Gürcüstandan gələn şəxsin avtomobilində pirotexniki vasitə və fişənglər aşkar edilib

Gürcüstandan gələn şəxsin avtomobilində pirotexniki vasitə və fişənglər aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Sentyabr , 2017 09:44
Gürcüstandan gələn şəxsin avtomobilində pirotexniki vasitə və fişənglər aşkar edilib
Customs.gov.az

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan dan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumatda deyilir ki, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin kapotunda və alt hissəsində, üzərində "Petards" yazısı olan 30 blok (hər birində 10 qutu olmaqla) pirotexniki vasitə, həmçinin üzərində "Magical candle 40 boll" yazısı olan 9 blok (hər birində 10 ədəd olmaqla) və üzərində "25 shots cake" yazısı olan 16 ədəd fişənglər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi