Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilindən mobil telefon aşkar edilib

Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilindən mobil telefon aşkar edilib ​Gürcüstandan gələn şəxsin avtomobilindən mobil telefon aşkar edilib
Hadisə
9 Yanvar , 2019 15:36
Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilindən mobil telefon aşkar edilib
0 : 00
0 : 00

Bakı. 9 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Audi A4" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin qabaq şitinin içindən 6 ədəd "Samsung Galaxy J6", 2 ədəd "Samsung Galaxy J4" və 2 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi