Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində siqaretlər aşkar edilib

Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində siqaretlər aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
21 İyul , 2017 10:52
Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində siqaretlər aşkar edilib
Customs.gov.az

Bakı. 21 iyul. REPORT.AZ/ Dövlət Gömrük komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində sağ və sol yan örtüklərin altında və qabaq sağ qanadın altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi