Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində 3 min ədəd siqaret aşkar edilib

Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində 3 min ədəd siqaret aşkar edilib Bakı. 17 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib. 
Hadisə
17 Noyabr , 2017 15:23
Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində 3 min ədəd siqaret aşkar edilib
Customs.gov.az

Bakı. 17 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində "Marlboro", "Parliament", "Kent", "Muratti" və "Winston" markalı cəmi 3000 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi