Bakı. 17 yanvar. REPORT.AZ/
Komitədən “Report”a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda ön sağ və sol oturacaqların içində, ön sağ və sol qanadların altında aksiz markası olmayan, üzərində "Marlboro" yazılan 4 000 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


