Bakı. 4 mart. REPORT.AZ/
Komitədən “Report”a verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.
Baxış zamanı minik maşınının ön oturacaqlarının içərisində və arxa oturacağın altında gizlədilən 3600 ədəd siqaret, habelə ehtiyat təkərin içərisində gizlədilən 11 ədəd "Nemirovskaya" markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

