Komitədən “Report”a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi "Opel Vectra", "Opel Astra" , "QAZ-3102" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2 000 ədəd "Senator", 3 400 ədəd "King", 1 800 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



