Gürcüstandan Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb Bakı. 8 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan idarə etdiyi Oka markalı avtomobili ilə gələn Azərbaycan vətəndaşı Qırmızı Körpü gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.
Hadisə
8 Fevral , 2019 10:38
Gürcüstandan Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Bakı. 8 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan idarə etdiyi "Oka" markalı avtomobili ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.

Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlamasında minik maşınının salonunda - ön oturacağın içərisində 5 000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi