Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi Mercedes-Benz markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
9 Aprel , 2019 12:28
Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. 

Lakin yoxlama zamanı vətəndaşın üzərində gizlədilən 1 ədəd "Samsung Galaxy A30", 1 ədəd "Samsung Galaxy M105F" və 1ədəd "Samsung Galaxy M205F" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi