Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısını alıb

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısını alıb Gömrükçülər 20 adda 61 qutu və qablaşdırma qutusu olmayan 30 konvalyut müxtəlif dərman preparatları aşkar ediblər
Hadisə
8 Oktyabr , 2017 03:51
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısını alıb
Report

Bakı. 7 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşına məxsus avtomobildəki əl yükləri "HCVG vizual Smiths Detection" yoxlama-baxış sistemindən keçirilən zaman qurğunun monitorunda dərman preparatlarının təsviri görünüb.

Bu barədə "Report”a DGK-dan məlumat verilib.

Məlumatda deyilir ki, həmin yükə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 20 adda 61 qutu və qablaşdırma qutusu olmayan 30 konvalyut müxtəlif dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi