Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsi cəhdinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsi cəhdinin qarşısı alınıb Bakı. 13 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Mercedes E220 markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. 
Hadisə
13 Yanvar , 2018 12:53
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan "Mercedes E220" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Lakin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin oturacağının söykənəcək hissəsinin arxasından, qabaq sağ və sol döşəmələrin altından gizlədilmiş halda ümumi sayı 142 konvalyut - 1 857 ədəd üzərində "Omega 3 Kapseln" yazısı olan balıq yağı dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi