Gürcüstandan Azərbaycana qaçaqmal keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qaçaqmal keçirilməsinin qarşısı alınıb Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir
Hadisə
16 Mart , 2017 10:24
Gürcüstandan Azərbaycana qaçaqmal keçirilməsinin qarşısı alınıb

Bakı. 16 mart. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb.

Bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilib ki, martın13-də saat 23:35 radələrində Balakən rayonunun Şərif kənd ərazisindəki zastavanın xidməti sahəsində Gürcüstan istiqamətindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçirilən qaçaqmalı “Qazel” markalı  08-BD-748 dövlət nömrə nişanlı avtomobilə yükləyərək sərhəd naryadının qanuni tələblərinə məhəl qoymadan hadisə yerindən qaçmağa cəhd göstərən Balakən rayon sakinləri 1973-cü il təvəllüdlü Qurbanov İlham Zeynəddin oğlu və 1981-ci il təvəllüdlü Laicov İrşad Eyvaz oğlu təqib edilərək saxlanılıblar. Avtomobilə keçirilən baxış zamanı yük yerindən 20 qutuda 3 187 ədəd müxtəlif çeşidli pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin digər iştirakçıları Balakən rayon sakini 1983-cü il təvəllüdlü Maqomedov Kamil Cavadxan oğlu və Gürcüstan vətəndaşı, Laqodexi rayonu Qabal kənd sakini 1975-ci il təvəllüdlü Almazov Aqil Qurban oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi