Gürcüstandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb Bakı. 8 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Hadisə
8 Dekabr , 2018 15:03
Gürcüstandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi