Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb Bakı. 9 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi Mercedes-Benz 250D markalı avtomobilə gömrük baxışı keçirilib.
Hadisə
9 Yanvar , 2019 12:36
Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250D" markalı avtomobilə gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa sağ qapısında, kül qabının içərisində 2 ədəd bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi