Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb Bakı. 5 mart. REPORT.AZ/ Gürcüstan istiqamətindən Dövlət Gömrük komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi Honda markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.
Hadisə
5 Mart , 2019 15:42
Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb

Bakı. 5 mart. REPORT.AZ/ Gürcüstan istiqamətindən Dövlət Gömrük komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Honda" markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.

Komitədən “Report”a verilən məlumata görə, bu zaman o, üzərində və ona məxsus avtomobildə qanunla qadağan olunan hər hansı bir predmetin olmadığını bildirib.

Bundan sonra nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı minik maşınının ön oturacaqlarının arasındakı sandıqçada gömrük orqanına bəyan olunmayan bir ədəd kağız bükülüdə 0,8 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi