Gürcüstandan Azərbaycana 61 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana 61 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb Bakı. 13 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus VAZ 211440 markalı avtomobil saxlanılıb.
Hadisə
13 Noyabr , 2018 10:32
Gürcüstandan Azərbaycana 61 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "VAZ 211440" markalı avtomobil saxlanılıb.

Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda - sağ ön oturacağın ayaqaltında düzəldilmiş xüsusi saxlanc yerində 20 ədəd üzərində "X-inova", 17 ədəd "Kgtel" və 24 ədəd üzərində "Fuua" yazılmış mobil telefonlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi