Gürcüstanda yağan güclü yağışlar azərbaycanlıların yaşadıqları ərazidə ciddi fəsadlar törədib - FOTO

Gürcüstanda yağan güclü yağışlar azərbaycanlıların yaşadıqları ərazidə ciddi fəsadlar törədib - FOTO Tbilisi. 2 iyun. REPORT.AZ/ Gürcüstanda yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.
Hadisə
2 İyun , 2018 16:38
Gürcüstanda yağan güclü yağışlar azərbaycanlıların yaşadıqları ərazidə ciddi fəsadlar törədib - FOTO
Report
0 : 00
0 : 00

Tbilisi. 2 iyun. REPORT.AZ/ Gürcüstanda yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təbii fəlakətdən azərbaycanlıların yaşadıqları Marneuli rayonuna da ciddi ziyan dəyib. Algeti çayı daşıb, rayon mərkəzi, Marneuli bazarı, küçə və prospekt su altında qalıb, eləcə də rayonda və Algeti kəndində evlərə su dolub.

Təbii fəlakət ölkənin bir sıra bölgələrində də ciddi fəsadlar törədib. Kutaisi, Rustavi və digər şəhərlərə də ciddi ziyan dəyib.

Yağış paytaxt Tbilisiyə də ziyan vurub. Kür çayında suyun səviyyəsi əsaslı dərəcədə artıb.

Son xəbərlər

Orphus sistemi