Gürcüstanda azərbaycanlı gənclərin yaralandığı atışma ilə bağlı üç nəfər saxlanılıb

Gürcüstanda azərbaycanlı gənclərin yaralandığı atışma ilə bağlı üç nəfər saxlanılıb Tbilisi. 25 dekabr. REPORT.AZ/ Gürcüstanın Qardabani rayonunun Qaçianı kəndində ötən gün azərbaycanlılara məxsus qəbirstanlıqda atışma törədən şəxs saxlanılıb.
Hadisə
25 Dekabr , 2018 13:34
Gürcüstanda azərbaycanlı gənclərin yaralandığı atışma ilə bağlı üç nəfər saxlanılıb

Tbilisi. 25 dekabr. REPORT.AZ/ Gürcüstanın Qardabani rayonunun Qaçianı kəndində ötən gün azərbaycanlılara məxsus qəbirstanlıqda atışma törədən şəxs saxlanılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1970-ci il təvəüllüdlü Z.T. adlı şəxs dekabrın 24-də Qaçiani kəndində qarşıdurma nəticəsində “Naqan” markalı tapança ilə üç nəfəri yaralayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəliblər. Qarşıdurmada iştirak edən iki şəxs polisə müqavimət və fiziki təzyiq göstərdiyinə görə saxlanılıb.

Faktla bağlı iki və ya daha çox şəxsin sağlamlığına qəsdən zərərvurma maddəsi üzrə cinayət işi başlanılıb. Saxlanılan şəxsi 9 ildən 13 ilədək, polisə müqavimət göstərən şəxsləri isə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, dekabrın 24-də Qardabani rayonunun Qaçianı kəndində qəbirstanlıqda baş verən atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç azərbaycanlı gənc yaralanıb.

Son xəbərlər

Orphus sistemi