Gürcüstanda "SOCAR Georgia" üçün yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində xəsarət alan olmayıb

Gürcüstanda "SOCAR Georgia" üçün yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində xəsarət alan olmayıb Qəza hava şəraitinin əlverişsiz olması səbəbindən baş verib
Hadisə
17 Fevral , 2018 23:00
Gürcüstanda SOCAR Georgia üçün yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində xəsarət alan olmayıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün saat təqribən 15:00 radələrində Gürcüstanın Qombori aşırımında (Kaxetiya regionu) "SOCAR Georgia" şirkətinə yanacaq daşıyan 23 300 litr maye tutumlu "Scania" markalı yanacaqdaşıyan maşın qəzaya uğrayıb.

"SOCAR Georgia" şirkətindən "Report"a verilən məlumata görə, hadisə zamanı zərərçəkən olmayıb, sürücü İlqar Şamilov yüngül zədə ilə xilas olub.

"Daşınan məhsulun cüzi bir hissəsi yoda dağılıb. Marşrutun dəniz səviyyəsindən 1,650 metr yüksəklikdə yerləşən Gombori hissəsi çətin keçilən yoldur. Aşırımlı yolun qeyri-bərabər relyefi və hava şəraitinin əlverişsiz olması qəza vəziyyəti yaradıb. Maşın və yük sığortalıdır", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi