Gürcüstanda sərhəddən qanunsuz qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı tutulub

Gürcüstanda sərhəddən qanunsuz qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı tutulub Onu 5 ildən 7 ilədək həbs cəzası gözləyir
Hadisə
17 İyul , 2017 15:54
Gürcüstanda sərhəddən qanunsuz qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı tutulub

Bakı. 17 iyul. REPORT.AZ/ Gürcüstan Maliyyə Nazirliyinin İstintaq xidməti qaçaqmalçılıq yolu ilə böyük miqdarda qızıl məmulatlarını sərhəddən keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıb.

"Report"un "Qruziya-Onlayn" saytına istinadən verdiyi xəbərə görə, həmin şəxs avtomobili ilə "Qırmızı Körpü" nəzarət-buraxılış məntəqəsindən keçərkən saxlanılıb.

Avtomobilin gizli saxlanc yerlərindən ümumilikdə gömrük dəyəri 61 min dollar təşkil edən 2,5 kiloqram qızıl məmulatları çıxarılıb.

Saxlanılan şəxsi 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi