Gürcüstanda qız qaçıran şəxslər saxlanıldı

Gürcüstanda qız qaçıran şəxslər saxlanıldı Gürcüstanın Tsalka rayonunda 19 yaşlı qızı qaçıran üç gənc tutulub.
Hadisə
9 mart 2020 08:31
Gürcüstanda qız qaçıran şəxslər saxlanıldı
pexels.com

Gürcüstanın Tsalka rayonunda 19 yaşlı qızı qaçıran üç gənc tutulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 25-29 yaşlarında olan gənclər Ninotsminda rayonunda qızı evlənmək məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum ediblər və onu Tsalka rayonuna aparıblar.

Faktla bağlı istintaq aparılır. 

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi