Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı azalıb

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı azalıb Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının hazırkı sayı 104 nəfər təşkil edir.
Hadisə
30 dekabr 2021 07:07
Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı azalıb

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının hazırkı sayı 104 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin noyabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə onların sayı dəyişməz qalıb. Vətəndaşlarımızın 13-ü ittiham olunan, 91-i isə məhkumdur.

Qonşu ölkədə probasiya nəzarətində isə 30 nəfər Azərbaycan vətəndaşı saxlanılır ki, onların 27-si kişi, 3-ü qadındır. Aylıq müqayisədə onların sayı 2 nəfər azalıb.

Qeyd edək ki, hazırda Gürcüstanda həbs cəzası çəkən xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 578, probasiya nəzarətində olan əcnəbilərin ümumi sayı isə 258 nəfərdir.

Son xəbərlər

Orphus sistemi