Yuxarı

Gürcüstanda Nəriman Nərimanovun heykəli daha da qəzalı vəziyyətə düşüb

​Gürcüstanda Nərimanovun heykəli daha da qəzalı vəziyyətə düşüb

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən heykəli daha da qəzalı vəziyyətə düşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, heykəlin postamentində yerləşən mərmər lövhələrin bir neçəsi yerindən qopub.

Heykəlin son durumunu əks etdirən fotoları “Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov “Facebook” səhifəsində paylaşıb.

Qeyd edək ki, “Report”un yerli bürosu bu ilin aprelində N.Nərimanovun Marneulidəki heykəlinin qəzalı vəziyyəti ilə bağlı reportaj hazırlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi