Gürcüstanda nazirin evini qarət edən şəxs yaxalanıb

Gürcüstanda nazirin evini qarət edən şəxs yaxalanıb Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın evindən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
28 Mart , 2019 14:27
Gürcüstanda nazirin evini qarət edən şəxs yaxalanıb
0 : 00
0 : 00

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın evindən oğurluq edən şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 1990-cı il təvəllüdlü şərti cəza almış şəxs martın 16-da G.Kobulianın Daba Tsxneti qəsəbəsindəki bağ evinə qanunsuz daxil olaraq müxtəlif əşyalar oğurlayıb və hadisə yerindən qaçıb.

Polis oğurlanmış əşyaların bir hissəsini maddi sübut kimi müsadirə edib.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi