Yuxarı

Gürcüstanda kazino mühafizəçiləri azərbaycanlı qadına fiziki güc tətbiq ediblər - VİDEO

​Gürcüstanda kazino mühafizəçiləri azərbaycanlı qadını vurublar

Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən kazino qarşısında insident baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Marneuli şəhər sakini olan qadın oğlunun kazinodan çıxarılmasını tələb edib.

Kazinonun mühafizəçiləri qadını kazinodan uzaqlaşdırmağa çalışıblar. Bu zaman mühafizəçilər qadına qarşı fiziki güc tətbiq ediblər.

Nəticədə qadının halı pisləşib. Mühafizəçilərin qadına əl qaldırması yerli sakinləri hiddətləndirib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

İnsidentlə bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi