Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Tbilisi. 31 avqust. REPORT.AZ/ Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı 89 nəfərdir.
Hadisə
31 Avqust , 2018 14:10
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
0 : 00
0 : 00

Tbilisi. 31 avqust. REPORT.AZ/ Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı 89 nəfərdir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin cari ilin iyun ayı üzrə hesabatında məlumat verilib. 

Qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının 24-ü təqsirləndirilən şəxs, 65-i isə məhkumdur. Təqsirləndirilənlərin 22-si kişi, 2-si qadın, məhkumların isə 61-i kişi, 4-ü qadındır.

Gürcüstanda həbsdə saxlanılan əcnəbilərin 16,1%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Qonşu ölkənin həbsxanalarında 45 ölkənin, ümumilikdə, 554 vətəndaşı saxlanılır. Onların arasında Türkiyə vətəndaşları 134 nəfər olmaqla birinci yerdədir.

Gürcüstan həbsxanalarında Rusiyanın 63, İranın 80 və Ermənistanın isə 27 vətəndaşı saxlanılır. 

Son xəbərlər

Orphus sistemi