Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb  

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb   Hazırda Gürcüstan həbsxanalarında Azərbaycanın 107 vətəndaşı cəza çəkir
Hadisə
29 Aprel , 2021 11:09
Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb  
0 : 00
0 : 00

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycanın 107 vətəndaşı cəza çəkir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 1 nəfər azalıb. Onların 10-u ittiham olunan, 97-si isə məhkumdur. Məhkumların 3-ü yeniyetmədir.

Gürcüstanda probasiya nəzarətində saxlanılan 25 nəfər Azərbaycan vətəndaşı var. Onların sayı aylıq müqayisədə 5 nəfər azalıb. Həmin şəxslərin 22-si kişi, 3-ü qadındır.

Qonşu ölkədə ümumilikdə 531 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, probasiya nəzarətində isə 221 nəfər xarici ölkə vətəndaşı saxlanılır.

Son xəbərlər

Orphus sistemi