Ötən il Gürcüstanda diskriminasiya hallarının 8%-i etnik mənsubiyyətlə bağlı olub

Ötən il Gürcüstanda diskriminasiya hallarının 8%-i etnik mənsubiyyətlə bağlı olub Ötən il Gürcüstanın Ombudsman Aparatına diskriminasiya ilə bağlı 158 şikayət daxil olub.
Hadisə
2 May , 2019 13:01
Ötən il Gürcüstanda diskriminasiya hallarının 8%-i etnik mənsubiyyətlə bağlı olub

Ötən il Gürcüstanın Ombudsman Aparatına diskriminasiya ilə bağlı 158 şikayət daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman Aparatı məlumat yayıb.

Şikayətlərin 69%-i dövlət sektorunun payına düşüb. Diskriminasiya faktlarının 16%-i cinsi, 13%-i dini mənsubiyyət, 9%-i siyasi baxışlar, 8%-i isə etnik mənsubiyyətlə bağlı olub.

Ombudsman Aparatı ayrı-seçilik halları ilə bağlı 16 tövsiyə və 6 ümumi təklif təqdim edib. Aparatdan qeyd olunub ki, diskriminasiyaya qarşı effektiv mübarizə aparmaq üçün hökumət, ictimai sektor və beynəlxalq tərəfdaşların cəlb olunması və əməkdaşlığın koordinasiya olunması vacibdir. 

Son xəbərlər

Orphus sistemi