Gürcüstanda bir neçə cinayət törədən şəxs Bakıda saxlanılıb - VİDEO

Gürcüstanda bir neçə cinayət törədən şəxs Bakıda saxlanılıb - VİDEO Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir
Hadisə
133
16 Mart , 2021 14:21
Gürcüstanda bir neçə cinayət törədən şəxs Bakıda saxlanılıb - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi