Ötən ay Gürcüstanda 5 261 cinayət faktı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aylıq hesabatında bildirilib.
Cinayət hallarının yalnız 1 336 və yaxud 25,39%-nin üstü açılıb.
Avqust ayı ilə müqayisədə qonşu ölkədə törədilən cinayət əməllərinin sayı 11,7% azalıb.
Sentyabrda qeydə alınan cinayət faktlarının böyük əksəriyyəti əmlaka (1 734), sağlamlığa zərər vurma (818) və narkotik vasitələrlə (877) bağlı olub.