Gürcüstanda bibisini qətlə yetirən azərbaycanlı gənc saxlanılıb

Gürcüstanda bibisini qətlə yetirən azərbaycanlı gənc saxlanılıb Tbilisi. 17 dekabr. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun Kirovka kənd sakini Bəsti Məmmədovanı qətlə yetirən şəxs yaxalanıb.
Hadisə
17 Dekabr , 2018 11:58
Gürcüstanda bibisini qətlə yetirən azərbaycanlı gənc saxlanılıb
0 : 00
0 : 00

Tbilisi. 17 dekabr. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun Kirovka kənd sakini Bəsti Məmmədovanı qətlə yetirən şəxs yaxalanıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, B.Məmmədovanı dekabrın 10-da qardaşı oğlu, 1986-cı il təvəülldlü Nicat Məmmədov küt alətlə qətlə yetirərək, meyiti basdırmaq məqsədi ilə evin zirzəmisində gizlədib.

1951-ci il təvəllüdlü qadının meyitini dekabrın 15-də qohumları aşkar edib. Növbəti gün qətli törədən N.Məmmədov Sadaxlı kəndində saxlanılıb. O, günahını etiraf edib.

Faktla bağlı məişət zorakılığı zəminində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. N.Məmmədovu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi