Tbilisdə 4 azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanıldı

Tbilisdə 4 azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanıldı Gürcüstanın paytaxtıTbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.
Hadisə
16 Avqust , 2020 22:25
Tbilisdə 4 azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanıldı

Tbilisi yaxınlığında Məmmədovlar ailəsinin 4  üzvünün ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü qadın saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1995-ci il təvəllüdlü şəxs Kvemo Poniçala qəsəbəsində avtomobili ilə yol kənarında dayanan  avtomobilə çırpılıb və 7 piyadanı vurub. O, daha sonra hadisə yerindən qaçıb.

Qəza nəticəsində 2 nəfər hadisə yerində, digər 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alan 3 nəfər xəstəxanada həkimlərin nəzarəti altındadır.

Qadını 6 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

20:52

Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.

Hadisə nəticəsində 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.

Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər.  

Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. 

Son xəbərlər

Orphus sistemi