Gürcüstanda azərbaycanlılar yaşayan kəndin məktəb problemi həll olunur

Gürcüstanda azərbaycanlılar yaşayan kəndin məktəb problemi həll olunur Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Zvareti (Sarallar) kəndində yeni məktəb binası inşa olunur.
Hadisə
3 mart 2020 07:33
Gürcüstanda azərbaycanlılar yaşayan kəndin məktəb problemi həll olunur

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Zvareti (Sarallar) kəndində yeni məktəb binası inşa olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi rayonundan olan majoritar deputat Qoqita Meşveliani məlumat yayıb.

Tikinti prosesi ilə tanış olan deputatın sözlərinə görə, mövcud məktəb binası qəzalı olduğundan yerli əhali illərdir yeni binanın tikilməsini tələb edirdi.

Q.Meşveliani bildirib ki, inşaat işlərinin 65%-i artıq başa çatdırılıb.

Natamam orta məktəb 60 şagird üçün nəzərdə tutulub. Bina müasir standartlara cavab verəcək və həyətində mini stadion da yaradılacaq.

Təhsil müəssisəsinin 2020-ci ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi