Gürcüstanda azərbaycanlılar və ermənilər arasında dava düşüb

Gürcüstanda azərbaycanlılar və ermənilər arasında dava düşüb Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.
Hadisə
21 Mart , 2020 13:33
Gürcüstanda azərbaycanlılar və ermənilər arasında dava düşüb

Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, ötən gün kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranıb.

Mübahisə daha sonra davaya keçib. Hadisə zamanı erməni kəndçi azərbaycanlı həmkəndçisi, fiziki imkanları məhdud şəxsə qarşı fiziki təzyiq göstərib.

Polis insidentlə bağlı araşdırma aparır.

Hazırda Xocernidə ümumi vəziyyət sakitdir. 

Son xəbərlər

Orphus sistemi