Gürcüstanda azərbaycanlı yeniyetmə qız qaz sızmasından ölüb

Gürcüstanda azərbaycanlı yeniyetmə qız qaz sızmasından ölüb Tbilisi. 11 yanvar. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda 15 yaşlı azərbaycanlı qız ölüb.
Hadisə
11 Yanvar , 2019 00:30
Gürcüstanda azərbaycanlı yeniyetmə qız qaz sızmasından ölüb

Tbilisi. 11 yanvar. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda 15 yaşlı azərbaycanlı qız ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Z.Q. adlı yeniyetmə hamam otağında qaz sızmasından boğularaq dünyasını dəyişib.

Valideynləri qızı dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi