Gürcüstanda azərbaycanlı yeniyetmə ölüb, valideynləri günahkarın azadlıqda olduğunu deyirlər

Gürcüstanda azərbaycanlı yeniyetmə ölüb, valideynləri günahkarın azadlıqda olduğunu deyirlər Tbilisi. 12 dekabr. REPORT.AZ/ Gürcüstanın Bolnisi rayonunun 13 yaşlı sakini İsmayıl Bədəlov bir ay komada qaldıqdan sonra vəfat edib.
Hadisə
12 Dekabr , 2018 13:39
Gürcüstanda azərbaycanlı yeniyetmə ölüb, valideynləri günahkarın azadlıqda olduğunu deyirlər
0 : 00
0 : 00

Tbilisi. 12 dekabr. REPORT.AZ/ Gürcüstanın Bolnisi rayonunun 13 yaşlı sakini İsmayıl Bədəlov bir ay komada qaldıqdan sonra vəfat edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə “Rustavi 2” televiziyası məlumat yayıb.

Yeniyetmənin döyülməsi ilə bağlı insident bir ay öncə Bolnisidə baş verib. İ.Bədəlovun ailə üzvləri yeniyetmənin həmyaşıdı tərəfindən döyüldüyünü iddia edirlər.

Onun atası İdaid Bədəlov bildirib ki, oğlu evə amansızcasına döyülmüş vəziyyətdə gəlib: “İsmayıl qışqırdı ki, başı ağrıyır. Biz təcili tibbi yardım çağırdıq. İynədən sonra o, komaya düşdü. Bu vəziyyətdə onu xəstəxanaya apardıq. Həkimlərin rəyinə görə, onun komaya düşməsinə baş nahiyəsindən aldığı travma səbəb olub. Polis bu barədə məlumatlıdır. Onlar həkimlərə zəng vurub İsmayılın vəziyyətinin təzyiq və ya digər səbəblə əlaqəli olub-olmaması barədə maraqlanıblar”.

İ.Bədəlov oğlunun ölümünə səbəb olan şəxsin azadlıqda gəzdiyini deyib: “Polis mənə bildirib ki, yaşına görə həmin şəxsi saxlamaq hüquqları yoxdur. Lakin mən günahkarların qanun çərçivəsində cəzalandırılmasını istəyirəm”.

Polis artıq Bədəlovların həmkəndlilərini dindirib. Onlar İ.Bədəlovun döyülməsini inkar etsələr də, yeniyetmənin itələnərək yıxıldığını bildiriblər.

Dekabrın 11-də yeniyetmənin meyiti Milli Ekspertiza Bürosuna təhvil verilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi