Yuxarı
    Bağlamaq

    Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən şəxsə hökm oxunub

    Tbilisi. 7 dekabr. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun Seyidqocalı kəndində 21 yaşlı Namaz Vəliyevi qətlə yetirən şəxsə hökm oxunub. 

    “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. 

    Rustavi Şəhər Məhkəməsinin qərarına əsasən, müttəhim 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Məhkəməyə təqdim olunmuş dəlillərlə sübuta yetirilib ki, T.V. adlı şəxs bu ilin mayın 5-də gecə saatlarında münaqişə zəminində ov tüfəngi ilə N.Vəliyevi qətlə yetirərək meyitini Xram çayına atıb və hadisə yerindən qaçıb.

    N.Vəliyevin meyitini mayın 7-də səhər saatlarında kənd çobanı meşədə tapıb.

    T.V. avqustun 5-də saxlanılıb və ona qarşı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi