Fotolar əlavə olunub
*** 14:58
Gürcüstanın Qardabani rayonunda xüsusi amansızlıqla qətlə yetirilən ər-arvadın kimliyi məlum olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.
Hadisənin təfərrüatı barədə hələ ətraflı məlumat verilmir.
Gürcüstanın
*** 14:39
Ötən gecə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb.
Ər-arvadın sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər.
Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Onların oğlu Rusiyada yaşayır.
Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub, belə ki, evin divarında “Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb.
Gürcüstan


