Gürcüstanda Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanda Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edilib Ötən ilin mayında Türkiyədən Gürcüstana narkotik vasitələri qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib.
Hadisə
15 Mart , 2019 18:34
Gürcüstanda Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edilib

Ötən ilin mayında Türkiyədən Gürcüstana narkotik vasitələri qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Axalkalaki Rayon Məhkəməsi Ş.H. adlı Azərbaycan vətəndaşını ittiham üzrə günahkar olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum olunub. Həmin şəxsin narkotik vasitələri Gürcüstana keçirdiyi avtomobili dövlət hesabına müsadirə olunub.

Qeyd edək ki, Azərbaycan vətəndaşı 2018-ci il mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən “Kartsaxi” sərhəd-keçid məntəqəsində saxlanılıb. Ona məxsus “Mercedes Benz” markalı avtomobildə axtarış zamanı ümumi çəkisi 11,1992 qram olan 1 400 ədəd suboksin həbi aşkar olunub.

Son xəbərlər

Orphus sistemi