​Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

​Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb O, 8 ildən 20 ilədək azadlıqdan məhrum edilə bilər
Hadisə
28 İyun , 2016 15:05
​Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 28 iyun. REPORT.AZ/ Tbilisidə Azərbaycan vətəndaşı narkotik maddələrin qanunsuz əldə etməsi, saxlanması və yayılması ilə məşğul olmaqda şübhəli bilinərək həbs edilib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polisin apardığı axtarış nəticəsndə saxlanılan Azərbaycan vətəndaşının üzərindən 10,7 qram heroin, 0,05 qramdan çox morfin və 0,09 qramdan çox kokein aşkarlanıb.

İttihamlar təsdiqlənəcəyi halda o, 8 ildən 20 ilədək azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi