Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb Bu ilin yanvar-iyun aylarında Gürcüstanda bir Azərbaycan vətəndaşı itkin düşüb.
Hadisə
20 İyul , 2019 12:36
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

Bu ilin yanvar-iyun aylarında Gürcüstanda bir Azərbaycan vətəndaşı itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Azərbaycan vətəndaşının axtarışları davam etdirilir.

Hesabat dövründə qonşu ölkədə 4 Səudiyyə Ərəbistanı, 8 Belçika vətəndaşı, 1 Qazaxıstan vətəndaşı və 2 Rusiya vətəndaşı itkin düşüb. Səudiyyə Ərəbistanı vətəndaşlarının 2-si, Belçika vətəndaşlarının 4-ü, Rusiya vətəndaşlarının isə 1-i sağ-salamat tapılıb.

İtkin düşən Gürcüstan vətəndaşlarının sayı isə 130 nəfər təşkil edib. Onların 41-i sağ-salamat, 5-i isə ölü tapılıb. 

Son xəbərlər

Orphus sistemi