Gürcüstanda ahıl yaşlı azərbaycanlı amansızlıqla qətlə yetirilib - FOTO - YENİLƏNİB

Gürcüstanda ahıl yaşlı azərbaycanlı amansızlıqla qətlə yetirilib - FOTO - YENİLƏNİB Tbilisi. 23 noyabr. REPORT.AZ/ Gürcüstanda amansızlıqla qətlə yetirilən azərbaycanlının kimliyi məlum olub.
Hadisə
364
23 Noyabr , 2018 16:03
Gürcüstanda ahıl yaşlı azərbaycanlı amansızlıqla qətlə yetirilib - FOTO - YENİLƏNİB
0 : 00
0 : 00

Tbilisi. 23 noyabr. REPORT.AZ/ Gürcüstanda amansızlıqla qətlə yetirilən azərbaycanlının kimliyi məlum olub.  

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu, Bolnisi rayonunun Kveşi kənd sakini Kərəm Əsgərovdur. 


*** 13:58

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda qətl hadisəsi baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayonun Kveşi kəndində 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib.

İlkin ehtimala görə, hadisə 2 gün öncə törədilib. Onun meyiti yarı çılpaq vəziyyətdə meşədə tapılıb. Qətlə yetirilən şəxsin boğazında ip olub. Ahıl kişinin evində öldürüldüyü və meyitinin iplə sürütlənərək meşəyə aparıldığı bildirilir.

Meyitin gözlərinin çıxarıldığı barədə də məlumat yayılıb. Lakin bu fakt rəsmən təsdiq olunmayıb.

Ahıl yaşlı kişi tək yaşayırmış. Onun qətlə yetirilməsinin səbəbi hələlik məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başlanılıb. Qətl törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi