Gürcüstana qızıl əşyaları qanunsuz keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana qızıl əşyaları qanunsuz keçirən Azərbaycan vətəndaşı saxlanılıb Gürcüstana gömrük nəzarətindən gizlədilmiş qızıl əşyalar keçirməyə cəhd edən yerli və əcnəbi vətədaşlar saxlanılıb.
Hadisə
16 İyul , 2019 12:46
Gürcüstana qızıl əşyaları qanunsuz keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana gömrük nəzarətindən gizlədilmiş qızıl əşyalar keçirməyə cəhd edən yerli və əcnəbi vətədaşlar saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Son günlər "Qırmızı körpü" və "Sarpi" gömrük-keçid məntəqələrində saxlanılan Gürcüstan, Azərbaycan və Ukrayna vətəndaşlarının üzərinə və əl yüklərinə baxış zamanı bəyan edilməmiş və ümumi çəkisi 914,29 qram olan qızıl əşyalar aşkar olunub.

Zinət əşyalarının ümumi dəyəri 70,156.74 lari təşkil edib.

İki vətəndaşa qarşı 24,080.48 lari məbləğində cərimə sanksiyası tətbiq olunub. Digər vətəndaşın qanunsuz əməli ilə bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Son xəbərlər

Orphus sistemi