Qanunsuz yolla Gürcüstana keçmək istəyən 8 Azərbaycan vətəndaşı saxlanılıb

Qanunsuz yolla Gürcüstana keçmək istəyən 8 Azərbaycan vətəndaşı saxlanılıb Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu ya­xın­lığında yerləşən Sadıxlı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.
Hadisə
5 Noyabr , 2019 10:26
Qanunsuz yolla Gürcüstana keçmək istəyən 8 Azərbaycan vətəndaşı saxlanılıb

Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu ya­xın­lığında yerləşən "Sadıxlı" sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il tə­vəl­lüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğ­lu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bu­kavazin S.Q, 2015-ci il təvəllüdlü Bədirova A.V, 2015-ci il tə­vəllüdlü Mirzəyev R.H, 2016-cı il təvəllüdlü Bukavazina M.A, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rə­sul qızı olmaları müəyyən edilib.

Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi