Gürcüstana qaçaq yolla tütün məhsulu aparan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana qaçaq yolla tütün məhsulu aparan Azərbaycan vətəndaşı saxlanılıb Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycandan Gürcüstana qaçaq yolla tütün məhsulları keçirən Azərbaycan vətəndaşı “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində saxlanılıb.
Hadisə
26 Fevral , 2018 17:55
Gürcüstana qaçaq yolla tütün məhsulu aparan Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycandan Gürcüstana qaçaq yolla tütün məhsulları keçirən Azərbaycan vətəndaşı “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində saxlanılıb.

“Report” “Apsny”yə istinadən xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyi İstintaq xidməti yayıb.

Azərbaycan vətəndaşından “Mercedes” markalı avtomobildə xüsusi yerdə gizlədilən, bəyannamədə göstərilməyən 2,7 min dollara yaxın tütün məhsulu aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb. 

Azərbaycan vətəndaşı cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi