Gürcüstana külli miqdarda qızıl əşyaları keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana külli miqdarda qızıl əşyaları keçirən Azərbaycan vətəndaşı saxlanılıb Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük-keçid məntəqəsində ölkəyə qızıl əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb.
Hadisə
9 İyul , 2019 14:16
Gürcüstana külli miqdarda qızıl əşyaları keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük-keçid məntəqəsində ölkəyə qızıl əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Türkiyə vətəndaşının idarə etdiyi avtobusda olan Azərbaycan vətəndaşının əl çantasında ümumi çəkisi 87,92 qram olan qızıl əşyalar aşkar olunub. Gömrük nəzarətindən gizlədilən əşyaların dəyəri, təxminən, 19 min lari (6 500 dollardan çox) təşkil edib.

Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi